Zərdabda məktəb direktorunun meyiti su kanalından tapıldı

2
23

Zərdab-su kanaliZərdab rayon Bəyimli qəsəbə tam orta məktəbinin direktoru Adil Nuriyevin cəsədi su kanalından tapılıb. Bu barədə Zerdab.com saytına mərhumun yaxınları məlumat veriblər. Verilən məlumata görə, məktəb direktoru bir gün əvvəl yoxa çıxıbmış və yaxınları onun axtarışına başlayıblarmış. Lakin ilkin axtarışlar nəticə vermədiyindən faktla əlaqədar Zərdab Rayon Polis Şöbəsinə məlumat verilib.

Zərdab Rayon Polis Şöbəsindən aldığımız məlumata görə, 1950-ci il təvəllüdlü Nuriyev Adil Dadaş oğlunun dünən axşam saat 19:00 radələrindən itkin düşməsi ilə bağlı bu gün şöbəyə müraciət daxil olub. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində bu gün saat 16:00 radələrində A. Nuriyevin meyiti rayon ərazisindən keçən su kanalından tapılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, dəqiqləşdirilməyib. Faktla bağlı araşdırmalar davam edir.

Zerdab.com

2 ŞƏRH

Comments are closed.