Veysəl Qarani – VİDEO

3

Mən Zerdab.com saytını ilk dəfə dünən gördüm. Çox bəyəndim. Veyis babaya (Veysəl Qarani ziyarətgahı-red) aid fotosessiya məni daha valeh etdi. Rəyi bu gün yazmağım bir dəqiqlik üçün, ziyarətgahın yerləşdiyi ərazi ilə bağlı olmuşdur. Mən ziyarətgahın yerləşdiyi ərazini dəqiqləşdimək üçün DTXÇK-nin Ağdaş şöbəsinə (torpaq şöbəsinə) müraciət etdim. Mənə verilən şifahi məlumata görə, ziyarətgah Ağdaşın Qaxay kəndi ərazisindədir, Ziyarəgahla Zərdabın Yuxarı Seyidlər kəndinin arasında min metrdən artıq məsafə vardır… Torpaq şöbəsinin mütəxəssisi Yusif Yusifov bunun Zərdab Torpaq şöbəsinin də bildiyini xüsusi qeyd etdi…
Kotavan kənd sakini isə ziyarətgahda ancaq “işləyənlərin” Zərdabın Yuxarı Seyidlər kəndindən olduğunu bildirdi…
Əlavə olaraq bildirirəm ki, saytın şəkillərindən istifadə edərək, “klip” (demək olarsa) hazırladım… Baxmaq istəyənlər üçün…

Musa Bəkirov.

Saytdan: Hörmətli Musa müəllimə bu diqqətinə görə təşəkkür edirik. Lakin onu da bildirməyi özümüzə borc hesab edirik ki, Zerdab.com saytı olaraq biz də Veysəl Qarani (Üveys Qarani) ziyarətgahı ilə bağlı yazımızda qeyd etmişik ki,  bu ziyarətgah Zərdab rayonunun Seyidlər kəndinin bir neçə kilometrliyində yerləşir. Lakin hamımıza yaxşı məlumdur ki, bir zamanlar həmin ərazi də Zərdaba aid olub. İndiki halda isə bizə bunu xatırlatmaq və çəkdiyimiz fotoları dəyərləndirdiyinə görə, Musa müəllimə təşəkkür etmək qalır.

http://youtu.be/nPliCiTP1Gg

3 ŞƏRH

  1. Veysəl Qarani (Üveys Qarani) ziyarətgahı daim hamımızın inanc yeri olmuşdur…
    Allah bizi babamızın ruhu hörmətinə qorusun… Amin…

  2. allah bunu işiqlandıranlardan razı olsun.doğrudanda bizim ücün həm kəbə həmdə məkkədir bu övlüya

  3. ILK ONCE ZIYARETGAH HAQQINDA CEKILISE GORE EMEYI KECEN HER KESE MINNETDARLIQIMIZI BILDIRIRIK. VE HER KESE DE ALLAH CC-DAN REHMET VE MERHAMETINI NIYAZ EDIRIK. BIR WEYI DIQQETINIZE CATDIRIRIQ KI EZIZ BACI QARDAWLAR O ZIYARETGAHDA IWLEYEN MEHZ SEYDLER KEND SAKINI DEYIL ZERDAB RAYONU BICAQCI KEND SAKINIDIR. ATA BABASI O ZIYARETGAHADA XIDMET GOSTERIB VE BU HAL BU GUNE QEDER DAVAM ELEMEKDEDIR VE INWALLAHADA ELEYECEK. VE BIR DAHA BAWDA ZERDAB. COM SAYITININ REHBERLERI OLMAQLA VE EYNI ZAMANDA MUSA MUELLIME DERIN TEWEKKUR VE MINNETDARLIQIMIZI BILDIRIRIK.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

10 + seventeen =