Papaq var, qoyulan başdan bahadı

1
37

papaqBU BAŞ BU PAPAĞA YARAŞMIR…

Bu baş bu papağa yaraşmır dədə,

Bu başın geyimi şal olmalıdı,

Bu başı salamat saxlasın deyə,

Bu başın sahibi lal olmalıdı.

***

Bu baş bu papağın nəyinə gərək?

Bu başa gündə yüz qapaz dəyəcək.

Bu papaq bu başla öyünə gərək, –

Yolunda gündəlik qapaz yeyəcək.

 ***

Bəxtəvər başına vallah bu başın,–

Nə həftə gözləyir, nə də ayını,

Yalvarmır, axıtmır gözünün yaşın,–

Dikəldi, – verirlər qapaz payını.

 ***

Papaq var, qoyulan başdan bahadı,

Geyənin papağa yazığı gəlmir.

Papaq var, verilib bir ölkə adı,

Onu geyən başlar heç vaxt dikəlmir.

 ***

Bəsdir İsaməddin, gülmə başlara,

Axı papaq nədir, – başın qapağı.

Çox başlar meylini salıb xaşlara,

İçi də tamam boş, – neynir papağı?!…

 

MÜƏLLİF: İSAMƏDDİN ƏHMƏDOV

1 comment

  1. Super. Axır vaxtlar heç bir şer mənə belə ləzzət etməmişdi. Bəziləri yəqin payını götürər ))

Comments are closed.