Zərdab rayonunda mədəniyyət işçiləri ilə görüş – fotolar

0
21

ZərdabZərdab şəhər mədəniyyət evində rayonun mədəniyyət işçiləri ilə Rayon İcra Hakimiyyəti Başçısının görüşü olub. Zərdab Rayon İHB Aparatının informasiya təminatı və təhlil sektorundan Zerdab.com saytına verilən məlumata görə, icra başçısı Lütvəli Babayev son illər respublikada və rayonda görülən işlər barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verib.

Görüşdə rayonun mədəniyyət işçiləri tərəfindən son dövrdə görülən işlər, həyata keçirilən çoxsaylı və rəngarəng müxtəlif mədəni-kütləvi tədbirlər də razılıqla vurğulanıb.

ZərdabGörüş iştirakçıları bütövlükdə rayonda görülən tikinti, quruculuq və abadlıq işlərinə görə, xüsusilə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2013-cü ildə “Azərbaycan Milli Mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında” və “Həsən bəy Zərdabi muzeyində əsaslı təmir və bədii tərtibat işlərinin aparılması haqqında” imzaladığı sərəncamlara görə dövlətimizin başçısına səmimi təşəkkürlərini çatdırıblar.

Zərdab Görüşün sonunda rayonun mədəniyyət işçiləri 2013-cü ilin 9 oktyabrında keçiriləcək prezident seçkilərində ən layiqli namizədi dəstəkləyəcəklərini bildiriblər.

 Zerdab.com