Zərdabın Çallı kəndində 8 otaqlı ev yandı

0
33

Zərdab rayonunda 8 otaqlı ev yanıb. www.zerdab.com saytının Fövqəladə Hallar Nazirinin Zərdab rayon Yanğından mühafizə hissəsinə istinadən verdiyi xəbərə görə, rayonun Çallı kənd sakini 1976-cı il təvəllüdlü Əhmədova Əbilə Abdulhəmid qızına məxsus 8 otaqlı evdə yanğın baş verib. Hadisə yerinə Zərdab rayonunun 2 yanğınsöndürən maşını və 9 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub. Ümumi sahəsi 260 kvadratmetr olan evin 50 kvadratmetri yanar əşyaları ilə birlikdə tamamilə məhv olub. Qalan 210 kvadratmetr sahəsi olan 6 otaq isə yanğınsöndürənlər tərəfindən əşyaları ilə birlikdə xilas edilib. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.