Zərdabda tibb işçiləri ilə görüş – fotolar

0
23

sehiyyeZərdab rayonunun tibb işçiləri ilə Rayon İcra Hakimiyyəti Başçısının görüşü olub. Tədbirdə xüsusi qeyd olunub ki, Bakı şəhərindən akademik Böyükkişi Ağayevin, professor Çingiz Cərullazadənin rəhbərliyi ilə rayonumuza həkim briqadalarının gəlməsi və çoxsaylı xəstələrin pulsuz müayinə və müalicəsini həyata keçirməsi əhali tərəfindən minnətdarlıqla qarşılanıb.

SəhiyyəSon dövrdə xəstəxananın maddi-texniki bazasının möhkəmləndirilməsi, yumşaq və bərk inventarların alınmasındakı müsbət irəliləyişlər tibb işçiləri tərəfindən razılıqla qarşılanıb. Görüşdə rayonun tibb işçiləri son dövrdə görülən işləri, xüsusilə Nazirlər Kabineti tərəfindən Zərdab Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmirinə ilkin mərhələdə 1,5 milyon manat vəsaitin ayrılmasını yüksək qiymətləndirmiş və ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

Görüşün sonunda rayonun tibb işçiləri 2013-cü ilin 9 oktyabrında keçiriləcək prezident seçkilərində ən layiqli namizədi müdafiə edəcəklərini bildiriblər.

Zərdab Rayon İHB Aparatının informasiya təminatı və təhlil sektoru.