Zərdabda hər kəsə nümunə olacaq xoşməramlı addım – fotolar

0
23

ZerdabZərdab şəhər mədəniyyət evində aztəminatlı, hər iki valideynini itirmiş, valideyn himayəsindən məhrum olmuş, şəhid və Qarabağ müharibəsi əlili ailələrindən və digər imtiyazlı ailələrdən olan məktəblilərə dövlət büdcəsinin vəsaiti hesabına məktəbli formalarının və müxtəlif dərs ləvazimatlarının verilməsinə həsr olunmuş yığıncaq keçirilib.

Tədbiri giriş sözü ilə açan Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev yeni dərs ilinin başlanması münasibətilə məktəbliləri və valideynləri təbrik edib, onlara yeni tədris ilində uğurlar arzulayıb. L.Babayev dövlət başçısının ölkədə elmin və təhsilin inkişafına göstərdiyi qayğısından söhbət açıb.

Sonra Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən 326 nəfər aztəminatlı, hər iki valideynini itirmiş, valideyn himayəsindən məhrum olmuş, şəhid və Qarabağ müharibəsi əlili ailələrindən və digər imtiyazlı ailələrdən olan məktəbliyə 30 min manat dəyərində məktəbli forması, o cümlədən kostyum, köynək, ayaqqabı, corab, qalstuk və 11 adda məktəb ləvazimatları verilib.

Tədbirdə çıxış edən məktəblilər və valideynlər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Zərdab Rayon İHB Aparatının informasiya təminatı və təhlil sektoru

ZerdabZerdabZerdab zaZerdabZerdabZerdab