Ağsaqqallar Zərdabda görülən işləri müzakirə etdilər – Foto

0
28

ZerdabBu gün Zərdab rayonunun Heydər Əliyev Mərkəzində ağsaqqallarla icra başçısının görüş keçirilib. Zərdab Rayon İHB Aparatının informasiya təminatı və təhlil sektorundan Zerdab.com saytına verilən məlumata görə, tədbiri giriş sözü ilə açan İcra hakimiyyətinin başçısı Lütvəli Babayev son illər respublikada və rayonda görülən işlər barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verib. İcra başçısı qeyd edib ki, 2013-cü ildə rayonun Dəli Quşçu kəndinə və “32 hektar” adlanan qəsəbəyə təbii qaz çəkilib, Məmmədqasımlı kəndində un dəyirmanı və anbar sakinlərin istifadəsinə verilib, Rayon Polis Şöbəsinin möhtəşəm inzibati binasının açılışı olub. Artıq rayonumuzda Çallı, İsaqbağı, Aşağı Seyidlər kəndlərində və şəhərin yeni qəsəbəsində tikilmiş məktəblər, “Aqrolizinq” ASC-nin rayon filialının binası, Baytarlıq İdarəsinin binası, 17 kənddə su birlikləri üçün binalar, Suvarma Sistemləri İdarəsində regional ofis binası, köhnə çörək zavodunun bazasında yaradılmış süd emalı zavodu, çoxsaylı sahibkarlıq obyektləri istifadəyə tam hazırdır.

Tədbirdə çıxış edən ağsaqqallar hazırda rayonda tikintisi aparılan işlərə, o cümlədən su və kanalizasiya xəttinin və kəndlərə qaz xəttinin çəkilişi, Zərdab-Yuxarı Seyidlər-Siləyli və Zərdab-Mollakənd yollarının qalan hissələrinin asfaltlanmasına və ümumilikdə zərdablılara göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Çıxış edən ağsaqqallardan Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq mühafizə Orqanları Veteranları Şurasının Zərdab Rayon Təşkilatının sədri Hüseyn Həsənov, Zərdab Rayon Ağsaqqallar Şurasının sədri Mirağa Bağırov, Pərvanlı kəndindən ağsaqqal Məktub Eyvazov, din xadimi Hacı Feyzulla Tağıyev, fərdi təsərrüfatçı Qənirə Abbasova 2012-ci ilin oktyabrın 7-də ölkə prezidenti cənab İlham Əliyevin rayona səfəri çərçivəsində rayondakı Heydər Əliyev parkında Veteranlar Evinin istifadəyə verilməsini, orada ağsaqqallar üçün hər cür şəraitin yaradılmasını razılıq hissi ilə qeyd ediblər.

Görüşün sonunda rayon ağsaqqalları 9 oktyabr 2013-cü il tarixdə keçiriləcək prezident seçkilərində Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycanı bütün dünyada tanıdan liderimiz cənab Prezident İlham Heydər oğlu Əliyevə səs verəcəklərini bəyan ediblər.

ZerdabZerdabZerdabZerdabZerdabZerdab