Zərdabda 3 ümumtəhsil məktəbi istifadəyə verildi – fotolar

1
30

ZerdabBilik Günü münasibətilə bu gün Zərdab rayonunda 360 şagird yerlik Çallı, 220 şagird yerlik İsaqbağı kəndlərində tam orta, Aşağı Seyidlər kəndində 80 şagird yerlik ümumi orta məktəblərinin yeni binaları müəllimlərin və şagirdlərin istifadəsinə verilib. Zərdab Rayon İcra Hakimiyyətinin sifarişi ilə tikilən hər 3 məktəb yeni inventarlarla təchiz edilib.  Çallı kənd tam orta məktəbinin yeni binasının açılış mərasimində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Jalə xanım Əliyeva və Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev iştirak ediblər. Çıxış edənlər vurğulayıblar ki, dövlətimizin ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğısı bir daha təsdiqləyir ki, bu mühüm sahə dövlət siyasətinin prioritetləri sırasındadır. Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də əhatə edir. Son illərdə ölkəmizdə heç bir dövrdə olmayan qədər məktəb binası tikilib, bir çox məktəb binaları üçün yeni korpuslar inşa olunub. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb. Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev çıxış edərək bildirib ki, son 10 ildə rayonda 2376 şagird yerlik 13 məktəb, o cümlədən Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı çərçivəsində 280 şagird yerlik 2 məktəb binası tikilib istifadəyə verilib, 600 şagird yerlik 1 məktəb binası əsaslı təmir edilib. Bu gün 660 şagird yerlik 3 məktəb binası istifadəyə verilir. Son illərdə şəhər 1, 2, 3 nömrəli körpələr evi-uşaq bağçalarının binaları əsaslı təmir edilib, Böyük Dəkkə kənd körpələr evi-uşaq bağçası əsaslı təmir olunmaqla yenidən qurulub. 2007-ci ildə cəmi 47 nəfər məzun ali məktəbə daxil olubsa, bu il bu göstərici 135 nəfər olmaqla, 6 nəfər məzunumuz qəbul imtahanlarında 600-dən çox bal toplayıb.

 Qonaqlar məktəbin rəmzi açılışını bildirən qırmızı lenti kəsiblər. Daha sonra qonaqlar məktəbin sinif otaqları ilə tanış olublar. Məktəbin foyesində ulu öndər Heydər Əliyevin təhsilə göstərdiyi diqqət və qayğını əks etdirən fotostend yaradılıb. Məktəbin sinif otaqlarında, laboratoriyalarında və müxtəlif təyinatlı digər otaqlarda hər cür şərait yaradılıb. Kompüter otağında, akt və idman zallarında, laboratoriya kabinetlərində lazımi avadanlıqlar quraşdırılaraq şagirdlər üçün hər cür şərait yaradılıb. Məktəbin açıq futbol, voleybol və basketbol meydançaları da vardır.

 Qonaqlar kollektivə yeni dərs ilində uğurlar arzulayıblar. Tədbir konsert proqramı ilə davam edib.

Analoji açılış mərasimləri Milli Məclisin deputatı Jalə Əliyevanın və Rayon İcra hakimiyyətinin başçısı Lütvəli Babayevin iştirakı ilə rayonun İsaqbağı və Aşağı Seyidlər kəndlərində də baş tutub.

Zerdab

ZerdabZerdabZerdabZerdabZerdabZerdabZerdab

1 comment

  1. Calli kend sakinleri adindan 360 yerlik mektebin aclisina gore olke Prezidenti Ilham Eliyeve ve Rayon IHB-si Lutveli Babayeve oz minetdarliqimizi bildiririk

Comments are closed.