Zərdabda xeyriyyə aksiyası – fotolar

0

ZerdabSon illər bütün sahələrdə olduğu kimi dünya şöhrətli alim, akademik Cəmil Əliyevin təşəbbüsü ilə Respublika Milli Onkologiya Mərkəzinin həkimləri də ayrı-ayrı bölgələrdə əhaliyə göstərilən tibbi xidmətin yaxşılaşdırılması məqsədilə xeyirxah tədbirlər həyata keçirirlər. Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzinin 16 nəfərdən ibarət həkim briqadası baş onkoloq Azad Kərimlinin rəhbərliyi ilə növbəti belə bir xeyirxah tədbiri Zərdab rayonunda keçirib. Bu məqsədlə Mərkəzin əməkdaşları 22 sentyabr 2013-cü il tarixdə Zərdab rayonuna gəliblər. Zərdab Rayon İHB Aparatının informasiya təminatı və təhlil sektorundan Zerdab.com saytına verilən məlumata görə, həkim briqadası 23-25 sentyabr 2013-cü il tarixlərdə əhalinin müayinə və müalicəsi ilə məşğul olacaq.

Humanitar aksiyanın 1-ci günündə Mərkəzin yüksək ixtisaslı mamoloq, ginekoloq, ultrasəs, rentgen, mamoqraf həkimləri, zob və qarın boşluğu, o cümlədən ağciyər, öd, qaraciyər, böyrək, baş-boyun cərrahları sakinlərin sağlamlıq vəziyyətini yoxlayıblar. Əvvəlcədən hazırlanmış qrafikə uyğun olaraq Alıcanlı, Çallı, Məlikumudlu kəndlərinin, Bəyimli qəsəbəsinin, Zərdab şəhər inzibati ərazi dairələri üzrə vətəndaşlar müayinə ediliblər. Həkimlər pasiyentlərə dəyərli məsləhətlər verməklə yanaşı, bəzilərinin paytaxt xəstəxanalarında müalicələrini davam etdirmələrini zəruri sayıblar. Qarşıdakı 2 gün ərzində rayonun bütün yaşayış məntəqələrindən müraciət edən vətəndaşların müraciətləri müsbət həll olunacaq. Bu xeyirxah tədbir çərçivəsində təxminən 2000-ə yaxın sakinin müayinəyə cəlb olunması nəzərdə tutulur. Rayonun səhiyyə işçiləri ilə təşkil olunan görüşdə İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev məlumat verib ki, Mərkəzi Rayon Xəstəxanasının əsaslı şəkildə yenidən qurulması üçün ilkin mərhələdə 1,5 milyon manat vəsait ayrılıb. Bu istiqamətdə konkret işlərə başlanılıb. Səhiyyə ocağının bütün şöbələri, yardımçı binaları əsaslı təmir-bərpa edilərək müasir tibbi aparatlarla təmin olunacaq. Bu isə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltməyə müsbət təsir göstərəcək. Rayon əhalisi onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Zerdab.com

Zerdab

ZerdabZerdabZerdabZerdab

Şərh yaz

Please enter your comment!
Please enter your name here

13 − six =