Zərdab rayonunda oğurluq faktının üstü açılıb

0

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları Dəliquşçu kəndinin sakini Qurban Teymurovu yaxalayıblar. Şöbədən www.zerdab.com saytına verilən məlumata görə, Qurban Teymurov martın 28-də vətəndaş Qoşqar Soltanova məxsus mağazadan pul, spirtli içki və tütün məmulatı oğurlamaqda təqsirli bilinir. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.