Gəlmə kəndində Açıq Əyləncəli Futbol Məktəbinin açılışı oldu – fotolar

0
18

ZerdabZərdab rayonunun Gəlmə kənd tam orta məktəbində AFFA və Zərdab Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Açıq Əyləncəli Futbol Məktəbinin açılışı olub. Zərdab Rayon Gənclər və İdman İdarəsindən Zerdab.com-a verilən məlumata görə, 100-dən çox uşağın iştirak etdiyi tədbirdə əvvəlcə bütün iştirakçılara futbol geyimləri, papaqları, idman əşyaları təqdim olunub. Sonra Açıq Əyləncəli Futbol Məktəbinin proqramına əsasən 18-20 avqust 2013-cü il tarixlərində Oğuz şəhərində keçirilmiş seminarında iştirak etmiş 8 nəfər müəllim bir çox idman hərəkətlərini və müxtəlif oyunları uşaqlara öyrədiblər. 3 saatdan artıq davam edən tədbir uşaqların və valideynlərin böyük sevincinə səbəb olub.

 

ZerdabZerdabZerdab

Zerdab.com