Siləyli, Yuxarı Seyidlər və Bıçaqçı kəndlərində seçicilərlə görüş – Fotolar

0
Zərdab rayonu

Zərdab rayonuYeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatının seçki qərargahı Zərdab rayonunun Siləyli, Yuxarı Seyidlər və Bıçaqçı kəndlərində seçicilərlə görüş keçirib. YAP Zərdab rayon təşkilatından Zerdab.com saytına verilən məlumata görə, tədbiri giriş sözü ilə təşkilatın sədri Pərvin Mahmudova açıb. Görüşdə Milli Məclisin deputatı, filologiya elmlər doktoru, professor Jalə Əliyeva, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor İsa İsayev, iqtisad elmləri doktoru, professor Damət Bağırov çıxış ediblər. Seçicilər adından kənd ağsaqqalı, din xadimi Həmid Qədirov və başqaları çıxış ediblər. Bıçaqçı kənd seçiciləri adından kənd ağsaqqalı Müzəffər Hacıyev, Eyvaz Rəsulov və başqaları danışıblar. Qeyd edək ki, Siləyli və Yuxarı Seyidlər kəndlərinin əhalisinin sayı 1310, seçicilərin sayı 821 nəfərdir. Bıçaqçı kənd əhalisinin sayı 1755, seçicilərin sayı 1112 nəfərdir.

 Zərdab rayonuZərdab rayonuZərdab rayonuZərdab rayonuZərdab rayonuZərdab rayonu

Şərh yaz

Please enter your comment!
Please enter your name here

two × 4 =