Həmyerlimiz, AZTV-nin redaktoru Çingiz Abbasov

1
37

Abbasov Çingiz Qurban oğlu 1950-ci ildə Zərdab şəhərində anadan olub. Zərdabda orta məktəbi bitirdikdən sonra İncəsənət Universitetinə daxil olub. 38 ildir AZTV-nin Musiqi Verilişləri Redaksiyasında Xalq Musiqisi şöbəsinin redaktorudur. Neçə-neçə sənətçinin yaradıcılıq yolunun araşdırılmasına böyük zəhmət sərf edib, Azərbaycan Televiziyasının “Qızıl Fond”unun zənginləşməsinə töhfəsini verib. Xalq musiqisi və muğamların təbliğindəki xidmətlərinə görə, “Min bir mahnı” mükafatına layiq görülüb. Azərbaycan televiziyasının və radiosunun inkişafındakı xidmətlərinə görə, Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. Həmyerlimizə uzun ömür, cansağlığı və işlərində uğurlar arzulayırıq.

www.zerdab.com

1 comment

Comments are closed.