İlk və son görüş

0
Gültən Qədirli
Müəllif: Gültən Qədirli

Sentyabr ayının 18-i idi və mən anamla “Yaradıcılıq” fakültəsində qeydiyyatdan keçmək üçün Bakı Slavyan Universitetinə getdik. 114 nömrəli otağa girdik. Az sonra Elnarə İmamquliyeva (söhbət tənqidçi, Bakı Slavyan Universitetinin “Yaradıcılıq” fakültəsinin dekanı, bu günlərdə ağır əməliyyat zamanı vəfat edən Elnarə Tofiqqızından gedir-red) gəldi, adını eşitmişdim, amma birinci dəfə idi onu yaxından görürdüm.

Düz bir saat anamla söhbət etdi, suallarıma səbrlə cavab verdi.

Yaradıcılıq fakültəsində təhsil almaq istəyim daha da artdı, sənədlərimi təqdim etdim.

Gülə-gülə dedi ki, inşallah, düz iki il bir yerdə olacağıq. Dedi ki, dərslərin nə vaxt başladığını demək üçün mənə zəng edəcək.

…Çox təəssüflər olsun ki, o mənə zəng etmədi.

Təəssüf ki, biz iki  il bir yerdə olmayacağıq.

Cəmi iki gün keçdi.

Elnarə xanımın dünyasını dəyişdiyini eşitdim, çox pis oldum, inana bilmədim.

Bir saat ərzində o mənə o qədər doğmalaşdı ki…

Hər gün onu xatırlayıram.

Anasız qalmış körpələrini düşünürəm.

Mən onu həyatda bircə dəfə gördüm və bu görüş həm də son görüş oldu.

Hər dəfə onu xatırlayanda onun gülümsər çöhrəsi gözlərim önünə gəlir…

Gözlərim dolur…