Zərdab sakinləri vergilər nazirinə nə dedilər?

0
22

Vergiler naziriVergilər naziri Fazil Məmmədov Bərdə şəhərində vətəndaşları qəbul edib. Vergilər Nazirliyinin Analitik informasiya şöbəsindən Zerdab.com-a verilən məlumata görə, növbəti belə qəbul Bərdə şəhər Vergi Ödəyicilərinə Xidmət Mərkəzində Zərdab, Yevlax, Tərtər, Ağcabədi, Beyləqan, İmişli, Bərdə, Füzuli, Laçın, Ağdam, Xocalı və Xocavənd rayonlarından olan vətəndaşlarla keçirilib. 50-dən çox vətəndaş vergi orqanlarına işə qəbul, POS-terminalların quraşdırılması, nəzarət kassa aparatlarının tətbiqi ilə bağlı, vergi borcları, o cümlədən vergi inzibatçılığı sahəsində rastlaşdıqları çətinliklər və problemlər, həmçinin vergi dərəcələrinin azaldılmasına yönəlmiş təkliflər, kiçik sahibkarlığa güzəştli kreditlərin verilməsi və onları narahat edən digər məsələlərlə bağlı vergilər nazirinə müraciət ediblər. Qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, digər məsələlərin isə araşdırılması və lazımi tədbirlər görülməsi barədə müvafiq tapşırıqlar verilib.

Zerdab.com