Zərdabda 888 nəfər 80-100 yaşlı insan yaşayır

1
18

Ahillar gunu1 oktyabr Beynəlxalq Ahıllar Günü Zərdab Rayon İcra Hakimiyyəti və Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin təşəbbüsü ilə qeyd olunub. Hazırda Zərdab rayonunda ahıl yaşlı insanların sayı 2000 nəfərdən çox olmaqla, 80-100 yaşlı insanların sayı 888 nəfər, 100 yaşdan yuxarı insanların sayı isə 9 nəfərdir. Tədbir iştirakçılarından Zərdab Rayon İcra Hakimiyyətinin Başçısı Aparatının baş məsləhətçisi Şövqi Qafarov, Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Canpolad Vəliyev, “Əkinçi” qəzetinin müxbiri Tərlan Abdullayeva bir qrup tənha ahılın evlərində onlarla görüşüb, təbrik edib və onlara hədiyyələr verilib. Ahıllar onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Zərdab RİHB Aparatının informasiya təminatı və təhlil sektoru

Ahıllar GünüAhıllar GünüAhıllar Günü

1 comment

  1. Təşkil edənlərə təşəkkür düşür..Tərlan xanım çox qəşəng düşüb birinci yerləşdirdiyiniz şəkildə..

Comments are closed.