Zərdab rayonunda qeyri-adi təbiət hadisəsi – Fotolar

0
26

Zərdab rayonuBu günlərdə Azərbaycanın Zərdab rayonunda qeyri-adi təbiət hadisəsi baş verib. Belə ki, sentyabr ayının 23-də Zərdab rayonunun Aşağı Seyidlər kəndinə leysan yağarkən bu, kənddən kənar ərazilərdə bir qədər qəribə mənzərə ilə yadda qalıb. Bu təbiət hadisəsi bir qədər tornado xortumuna bənzəsə də, heç bir xoşagəlməz hadisə baş verməyib. Əksinə, uzun müddət yaddaşlarda qalacaq təbiət mənzərəsi canlanıb. Həmin an əslən bu kənddən olan “Çempion” qəzetinin redaktoru Ruslan Sadıqov bu gözəl mənzərəni fotoaparatın yaddaşına köçürüb. Ruslan Sadıqov həmin fotoları Zerdab.com saytına göndərib. Əgər sizdə də maraqlı fotolar varsa, nicat_i@yahoo.com emailinə göndərə bilərsiniz.

Zerdab.com Zərdab rayonu

Zərdab rayonuZərdab rayonuZərdab rayonuZərdab rayonuZərdab rayonu