Zərdab rayonunda futbol çempionatı keçirilir

1
31

Zərdab rayonunda futbol çempionatına start verilib. Çempionat rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilir. İdarədən www.zerdab.com saytına verilən məlumata görə, futbol çempionatı ulu öndər Heydər Əliyevin anadan olmasının növbəti ildönümünə həsr edilib. Yarışda birincilik uğrunda 12 komanda mübarizə aparır. Oyun keçirilən günlər yüzlərlə gənc yarış həyəcanını izləmək Mərkəzi Stadiona toplaşır. Qeyd edək ki, aprel ayının 10-dan start verilən oyunlar may ayının 10-a qədər davam edəcək.

www.zerdab.com

1 comment

Comments are closed.