Pərvin Mahmudova: “Uğurların davamı üçün İlham Əliyevə səs verək”

1
21

YAP Zərdab rayon təşkilatıYeni Azərbaycan Partiyası (YAP) Zərdab rayonunda səhiyyə sahəsində çalışan seçicilərlə görüş keçirib. Rayon Mədəniyyət evinin iclas zalında keçirilən görüşdə 500-ə yaxın səhiyyə işçisi iştirak edib. Zerdab.com saytı xəbər verir ki, görüşü giriş sözü ilə açan YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova çıxışında qeyd edib ki, bu gün ölkəmizin beynəlxalq aləmdə böyük nüfuz qazanması, iqtisadi inkişaf sürətinə görə dünyada ön sıraya yüksəlməsi dövlət başçı İlham Əliyevin Ulu öndər Heydər Əliyev siyasətinə sadiqliyinin bəhrəsidir: “Bu gün müstəqil dövlətimizə rəhbərlik, bu siyasi məktəbin ən layiqli yetirməsi Prezident İlham Əliyevə verilib. Ölkə başçısı cənab İlham Əliyev 10 il ərzində Azərbaycanı bütün dünyaya tanıdaraq, güclü və qüdrətli dövlətə çevirib, beynəlxalq miqyasda nüfuzunu yüksəklərə qaldırıb. Biz qələbələrin, uğurların davamlı olması üçün xalqın vətənpərvər oğlu, Yeni Azərbaycan Partiyasının sədri, cənab Prezident İlham Əliyevə səs verəcəyik!”

Görüşdə Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin seçki qərargahının üzvləri, Milli Məclisin deputatı, filologiya elmlər doktoru, professor Jalə Əliyeva, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor İsa İsayev, iqtisad elmləri doktoru, professor Damət Bağırov çıxış ediblər.

Seçicilər adından Mərkəzi Rayon Xəstəxanasının həkimi Südabə İsmayılova çıxış edərək səhiyyə işçilərinin, YAP-ın vahid namizədi cənab İlham Əliyevi dəstəklədiklərini bildirdilər və bütün seçiciləri layiqli namizədə cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Zerdab.comYAP Zərdab rayon təşkilatı

YAP Zərdab rayon təşkilatıYAP Zərdab rayon təşkilatıYAP Zərdab rayon təşkilatıYAP Zərdab rayon təşkilatıYAP Zərdab rayon təşkilatıYAP Zərdab rayon təşkilatı

1 comment

  1. bizim geleceyimiz ucun bizi nurlu sabaha aparan bizim ucun qurub yaradan xalqimizin qeydine qalan xalqimiz ucun yasayan yaradan xalqimizin dinc eminamanliq sulh seraiti icinde yasamasi ucun elinden geleni edeni biz sehiyye iscileri Ali BAS KOMANDAMIZ Ilham Heyder Oqlu Aliyeve ses vereceyik

Comments are closed.