Prezident həmyerlimizə “Əməkdar müəllim” fəxri adı verdi

2
Prezident İlham Əliyev

Prezident İlham ƏliyevOktyabrın 3-də Prezident İlham Əliyev təhsil işçilərinə “Əməkdar Müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, bir qrup təhsil işçisinə bu sahənin inkişafındakı xidmətlərinə görə “Əməkdar Müəllim” fəxri adı verilib. Prezidentin sərəncamı ilə bu fəxri ada layiq görülənlər arasında həmyerlimiz də var. Zerdab.com saytının məlumatına görə, bu, həmyerlimiz Əliyeva Minəgül Murad qızıdır.

Fürsətdən istifadə edib 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə bütün müəllimləri təbrik edir və onlara bu şərəfli işlərində uğurlar arzulayırıq.

P.S. Zerdab.com saytının əməkdaşları həmyerlimiz, jurnalist Nicat İntiqamın atası – 30 ildən artıqdır ki, Zərdab rayonunun Pərvanlı kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı fənnini şərəflə tədris edən İntiqam müəllimi (İsmayılov) də ürəkdən təbrik edir, ona uzun ömür, cansağlığı arzulayırlar. Uğurlar…

Zerdab.com saytının əməkdaşları adından Sevinc Abbasova.

 

 

2 ŞƏRH

  1. Bu gün müəllimlərimiz öz peşə bayramlarını qeyd edirlər. Bu münasibətlə Zərdabda keçirilən tədbirdə iştirak edərkən eşitdiklərim məni üçqat sevindirdi.Birincisi, ölkə prezidentinin sərəncamı ilə Minəgül Əliyevanın ” Əməkda müəllim ” fəxri adı ilə təltif olunması , ikincisi Beynəlxalq Müəllimlər günü münasibəti ilə müəllimlərimizdən bir qrupuna rayon İH Başçısı tərəfindən gözəl hədiyyələrin bağışlanılması və nəhayət, üçüncüsü dəyərli millət vəkilimiz , biz seçicilərin sevimlisi Jalə xanım Əliyevanın doğum gününün olması. TƏBRİK EDİRİK!

Şərh yaz

Please enter your comment!
Please enter your name here

twenty + two =