YAP Çallı kəndində seçicilərlə görüş keçirib – Fotolar

1

Çallı kəndiYeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatının seçki qərargahı Çallı kəndində seçicilərlə görüş keçirib. Təşkilatdan Zerdab.com saytına daxil olan məlumata görə, Çallı kəndinin əhalisinin sayı 2500, seçicilərin sayı 1593 nəfərdir. Tədbiri giriş sözü ilə YAP rayon təşkilatının sədri Pərvin Mahmudova açıb. P. Mahmudova ölkəmizin son illər əldə etdiyi uğurlardan söhbət açıb. Qeyd edilib ki, bu uğurların təməlində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasət dayanır. Bu gün həmin siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Görüşdə Milli Məclisin deputatı, Filologiya elmlər doktoru, Professor Jalə Əliyeva, Əməkdar elm xadimi, tibb elmləri doktoru, Professor İsa İsayev, İqtisad elmləri doktoru, professor Damət Bağırov çıxış ediblər. Kənd seçiciləri adından hacı Zülfü Ağakərimov, kənd ağsaqqalı Ağasəlim Umudov və başqaları çıxış ediblər.

Zerdab.comÇallı kəndi

Çallı kəndiÇallı kəndiÇallı kəndiÇallı kəndi

Çallı kəndi

 

1 comment

  1. Calli sakinleri her biri bir nefer kimi oz secimini edib o da cenab Ilham Eliyevdi.Tekce Calli kendinde 360 yerlik mekteb, 5 qarabag eliline ev,Xestexana,su idaresi ve poct istifadeye verilmisdi.Bunun ucun olke bascisi cenab Prezidentimiz Ilham Eliyeve her zaman desdek olacagiq ve desdekleyirik

Comments are closed.