YAP Zərdab rayon təşkilatı seçicilərlə növbəti görüşünü keçirib – Fotolar

1
29

YAP Zərdab rayon təşkilatıYAP Zərdab rayon təşkilatının seçki qərargahı 05.10.2013-cü il tarixdə Məmmədqasımlı kəndindən olan seçicilərlə görüş keçirib. Zerdab.com saytının yaydığı məlumata görə, görüşü giriş sözü ilə YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova açaraq, diqqətə çatdırıb ki, 9 oktyabr 2013-cü il prezident seçkilərinə artıq sayılı günlər qalıb. Keçirilən təbliğat – təşviqat görüşləri bir daha təsdiqlədi ki, xalq – dövlət, dövlət – xalq vəhdəti ölkəmizin nüfuzunu istər regionda, istərsə də beynəlxalq aləmdə yüksəldən cənab İlham Əliyevin növbəti qələbəsini şərtləndirən mühüm amildir.

Görüşdə YAP Zərdab rayon Gənclər birliyinin fəal üzvü İlkin Əliyev, Həsən Bəy Zərdabi adına muzeyin direktoru Vəfa Bayramova, Şəhər 2 saylı körpələr evi, uşaq bağçasının müdiri Vüsalə Kərimova, Tərəqqi medallı təqaüdçü Telman İsmayılov çıxış ediblər. Onlar ölkə Prezidenti İlham Əliyevin uğurlu siyasətindən, Heydər Əliyev Fondunun reallaşdırdığı bir sıra yerli və beynəlxalq layihələr əsasında xalqımızın maddi-mənəvi sərvətlərinin qorunub saxlanılmasından, gələcək nəsillərə çatdırılması istiqamətində görülən işlərdən söhbət açıblar. Bütün zərdablıları 9 oktyabr Prezident seçkilərində fəal olmağa, müstəqil Azərbaycanın hər zaman dünyanın aparıcı dövlətlərinin sırasında olması, xalqımızın xoşbəxt yaşaması, nailiyyətlərimizin davam etməsi üçün Prezident İlham Əliyevi dəstəkləməyə çağırıblar.

Kənd seçiciləri adından təqaüdçü müəllim Əliş Müzəffərov, Yetər Cavadova çıxış edərək fikirlərini bölüşüblər.

Zerdab.comYAP Zərdab rayon təşkilatı

YAP Zərdab rayon təşkilatıYAP Zərdab rayon təşkilatıYAP3 YAP Zərdab rayon təşkilatıYAP Zərdab rayon təşkilatı YAP Zərdab rayon təşkilatıYAP Zərdab rayon təşkilatı
YAP Zərdab rayon təşkilatı

1 comment

  1. INSALLAH 9 OKTYABR LAYIQLI SIYASI KURSA ALI BAS KOMANDANMIZ ILHAM HEYDER OGLU ALIYEVE HAMILIQLA SES VERECEYIK DUNENIN BU GUNUN SABAHIN VE GELECEYIN PREZDENTI

Comments are closed.