Gözün aydın Azərbaycan!

0
35
Jalə Əliyeva
Jalə Əliyeva. Milli Məclisin deputatı,
Filologiya elmləri doktoru, BDU-nun professoru.

Əziz Zərdablılar,

Bizlər, Cənab prezidentin rəsmi təbliğat qrupunun üzvləri olaraq, təxminən iki həftədir doğma rayonumuzu kənd-kənd gəzirik. Getdiyimiz hər kənddə hökm sürən yüksək əhval-ruhiyyədən, gözəl ab-havadan, insanlarımızın öz prezidentinə olan sevgisindən, rəğbətindən, inamından riqqətə gəlirik.

Hər yerdə bizi bir sevgi dənizi qarşılayır. Bu sevginin tək ünvanı var – İlham Əliyev! Bizi qarşılayan “ İlham” sədalarını, hayqırtılarını eşidəndə düşünürsən ki, bu torpağın sadəcə insanları deyil, hər qarışı, hər daşı da İlham deyir, İlham çağırır.

Bu görüşlərimizdə bizim dəyərli həmyerlilərimiz, qədirbilən Zərdablılar, minlərlə insanımız bilirsinizmi bizə nə deyirlər? İnsanlarımız bizə deyirlər ki, cənab prezidentin heç bir təbliğata, heç bir təşviqata ehtiyacı yoxdur. İnsanlarımız deyirlər ki, cənab prezidentin təbliğatı da, təbliğatçısı da, təşviqatı da, təşviqatçısı da elə onun özüdür, Onun tutduğu nurlu əməllər, ölkəsi və xalqı üçün gördüyü əvəzsiz işlərdir. İnsanlarımız deyirlər ki, ölkə prezidenti cənab İlham Əliyev bizim əbədi prezidentimizdir. Və seçki günü səs vercəyimiz yeganə alternativsiz namizəddir. İnsanlarımız bu seçimlərində çox haqlıdırlar.

Cənab İlham Əliyev bundan on il əvvəl and içərkən “Mən hər bir Azərbaycanlının prezidenti olacağam”- dedi və vədinə əməl etdi. Yaşından, kimliyindən, harada yaşamasından asılı olmayaraq, hər bir Azərbaycanlının prezidenti olmağı bacardı.

And içərkən, “Azərbaycanı zəngin qüdrətli dövlətə çevirəcəyik”- dedi və vədi də həqiqət oldu. Azərbaycan büdcəsi astronomik bir sürətlə artdı.

And içərkən, çox böyük bir qətiyyətlə “ Bu gün regiondakı  heç bir lahiyə Azərbaycanın iştirakı olmadan həyata keçirilə bilməz” -dedi və ölkəmiz ən əhəmiyyətli regional lahiyələrin başlıca üzvünə çevrildi.

And içərkən “Ölkədə bir dənə də  olsa qaçqın çadırı qalmayacaq”- dedi və bu vədinə də əməl etdi. Cənab prezident, prezident kürsüsünə qalxdıqdan dərhal sonra bütün məcburi köçkün və qaçqın taleyi yaşayan soydaşlarımız mərhələ-mərhələ yeni yaraşıqlı evlərə köçürüldülər.

And içərkən “Azərbaycan gündən-günə dəyişəcək, inkişaf edəcək, böyüyəcək”- dedi və on il ərzində ölkədə gedən nəhəng quruculuq işləri sayəsində ölkə öz simasını tamamən dəyişdi, müasir, abad, yeni bir ölkəyə çevrildi.

And içərkən “ Məktəbsiz kənd qalmamalıdır”- dedi və on ildə 2500 yeni məktəbin  açılmasına nail oldu.

And içərkən “ Yol mədəniyyətdir, yollarımız yenidən qurulmalıdır”-dedi, ölkə ərazisində 7000 km yol çəkildi, bu günə qədər keçilməz olan dağ kəndlərimizin yolları belə asfaltlandı.

Bəli, əziz Zərdablılar, görülən işlər o qədər çoxdur ki, sadalamaqla bitməz. Cənab prezident bütün bu addımları ilə xalqın böyük etimadını, güclü dəstəyini, dərin sevgisini qazanıb, xalqın qəlbində özünə bir sevgi, ehtiram taxt-tacı qurub. Hər kəsə yaxşı prezident olmağı bacarıb. Bu gün xalq onu yaxşıların-yaxşısı olaraq görür.

Əslində bütün bunlar görüşlərdə on minlərlə insanın, xalqın  müxtəlif təbəqələrini  təmsil edən vətəndaşların dilə gətirdikləridir.

Bu insanların arasında gənclər də var, ağsaqqallar da, ağbirçəklər də, sadə kəndlilər də, ziyalılar da, məmurlar da, evdar qadınlar da. Hər bir insan prezident haqqındakı fikirlərini özü bildiyi kimi, bacardığı şəkildə ifadə edir. Lakin bütün bu insanların tək arzusu, tək istəyi var: Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyev !

 Zəfər yaxın, onun əllərindədir,

 Hünər yaxın, onun əməlindədir.

Doğma yurdu qoruyacaq bəladan,

 Nurlu sabah onun gözlərindədir.

 Bəli, möhtəşəm gün – 9 oktyabr gününə, tariximizin yeni parlaq səhifəsinin yazılacağı günə sayılı müddət qalır. Həmin gün Azərbaycan öz gələcəyinə səs vercək. Həmin gün Azərbaycan sabitliyə, inkişafa, rifaha, sülhə, xoşbəxtliyə, əmin-amanlığa səs verəcək. Həmin gün bütün Azərbaycan özünün ən böyük dayağı, arxası və qüvvəsi olan, ilhamvericisi olan İlham Heydər oğlu Əliyevə səs verəcək. Həmin gün bütün Azərbaycan özünün ən qüdrətli yol göstərəni, millət atası Heydər Əliyevin ölməz ideyalarına səs verəcək.

 

Sən elə bir zirvəsən, küləklər neyləyəcək.

Dünənim, bu gününmsən,səninlədir gələcək.

Nə qədər Azərbaycan, nə qədər bu millət var,

   Heydər–xalqım deyəcək, xalq-Heydər söyləyəcək.

İlham-xalqım deyəcək.

Xalq-İlham söyləyəcək !

 

 

Gözün aydın Azərbaycan,

Gözün aydın Azərbaycan xalqı,

Gözün aydın Zərdab,

Gözünüz aydın Zərdablılar !

 

İlhamlı illərlə zəfərə gedən yolumuzda Tanrı hamımıza yar olsun !

Hörmətlə, Jalə Əliyeva. Milli Məclisin deputatı, Filologiya elmləri doktoru, BDU-nun professoru.