YAP Sarıqaya kəndi və Bəyimli qəsəbəsindən olan seçicilərlə görüş keçirib

0

Seçicilərlə görüş       YAP Zərdab rayon təşkilatının seçki qərargahı 05.10.2013-cü il tarixdə Sarıqaya  kəndindən və Bəyimli qəsəbəsindən olan seçicilərlə görüş keçirib. Zerdab.com saytına verilən məlumata görə, görüşdə çıxış edən YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova deyib ki, Ümummilli lider Heydər Əliyev 1993-cü ilin iyununda böyük Vətən, xalq, millət sevgisi nümayiş etdirərək xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkədəki xaosun, vətəndaş qarşıdurmasının, dağıntı və parçalanma fəlakətinin qarşısını aldı, xalqın Ondan gözlədiyi işləri reallaşdırdı, ictimai-siyasi sabitlik yaratdı, tənəzzülə uğrayan iqtisadiyyatı dirçəltdi. Ümummilli lider Azərbaycana sabitlik, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi, dövlətə ordu, əsgərə ehtiram və qürur bəxş etdi, vətəndaşına ən ali hüquq və azadlıqlar, təkmil konstitusiya, azad və ədalətli seçkilər, xalqın səsi ilə ərsəyə gələn parlament verdi.

YAP Zərdab rayon təşkilatının sədri deyib ki, ölkə başçısı cənab İlham Əliyev ötən 10 il ərzində Azərbaycanı bütün dünyaya tanıdaraq, güclü və qüdrətli dövlətə çevirib, beynəlxalq miqyasda nüfuzunu yüksəklərə qaldırıb: “Cənab İlham Heydər oğlu Əliyev müasir Azərbaycanın tarixi zəfərlərinin memarıdır”.

Biz qələbələrin, uğurların davamlı olması üçün xalqımızın vətənpərvər oğlu, Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə daim birlikdə olacaq, yalnız alternativsiz liderimizə səs verəcəyik! Eşq olsun, müstəqil Azərbaycanı daim zirvələrə aparan, müdrik liderimiz cənab İlham Əliyevə! Yaşasın, daim öndə olan, qələbələrimizin ilhamçısı Yeni Azərbaycan Partiyası!”.

Görüşdə YAP Zərdab rayon Gənclər birliyinin fəal üzvü İlkin Əliyev, Həsən Bəy Zərdabi adına muzeyin direktoru Vəfa Bayramova, Şəhər 2 saylı körpələr evi, uşaq bağçasının müdüri Vüsalə Kərimova, Tərəqqi medallı təqaüdçü Telman İsmayılov çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti, Heydər Əliyev Fondunun reallaşdırdığı bir sıra yerli və beynəlxalq layihələr əsasında xalqımızın maddi-mənəvi sərvətlərinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması istiqamətində görülən işlərdən söhbət açıblar və bütün zərdablıları 9 oktyabr prezident seçkilərində fəal olmağa, müstəqil Azərbaycanın hər zaman dünyanın aparıcı dövlətlərinin sırasında olması, xalqımızın xoşbəxt yaşaması, nailiyyətlərimizin davam etməsi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi dəstəkləməyə çağırıblar.

Sarıqaya kənd seçiciləri adından Namiq Abdullayev, Bəyimli qəsəbə seçiciləri adından Zülfiyyə Zalova və başqaları çıxış edərək İlham Əliyevə dərin minnətdarlıq duyğularını ifadə ediblər və İlham Əliyevi növbəti 5 ildə də Prezident kürsüsündə görmək arzusunda olduqlarını söyləyiblər: “Bizim yeganə liderimiz daim bizi düşünən, bizə qayğı göstərən cənab İlham Əliyevdir!”.

Seçicilərlə görüşSeçicilərlə görüşSeçicilərlə görüşSeçicilərlə görüşSeçicilərlə görüşSeçicilərlə görüşSeçicilərlə görüş