Həsən bəy Zərdabi xatirələrdə

0
28
Həsən bəy Zərdabi
Həsən bəy Zərdabi

“Həsən bəy Zərdabi (bioqrafik qaynaqlar)” kitabı “Aspoliqraf” nəşriyyatında çapdan çıxıb. Zerdab.com saytına verilən xəbərə görə, kitabda Azərbaycan milli mətbuatının banisi, görkəmli jurnalist, xeyriyyəçi, ictimai xadim Həsən bəy Zərdabinin yaradıcılığından bioqrafik səpkili nümunələr dərc olunub. Xatirələri onun həyat yoldaşı Hənifə Məlikova, qızı Qəribsoltan Məlikova, kürəkəni Əlimərdan bəy Topçubaşov və tanınmış zərdabişünaslar yazıblar. Xatirələr toplusunu Kitab Klubundan əldə etmək olar.