
Ölkə üzrə ümumi seçici fəallığı isə 72,31 faiz təşkil edib.
Qeyd edək ki, ölkə üzrə 125 seçki dairəsi üzrə 5 492 seçki məntəqəsi fəaliyyət göstərir. Seçicilərin ümumi sayı 5 milyon 145 min 643 nəfərdir.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi, hazırki dövlət başçısı İlham Əliyevin seçkilərdə qələbə qazanması münasibətilə YAP-ın mənzil qərargahı qarşısında konsert proqramı keçirib. Partiyanın Sədr müavini, icra katibi Əli Əhmədov deyib ki, Azərbaycan xalqı gələcəyinə səs verərək İlham Əliyev qalib etdi: “Bununla da Azərbaycan xalqı növbəti inkişaf yolunu seçdi”.
Qeyd edək ki, Azərbaycanda keçirilən prezident seçkilərində “exit-poll” keçirən şirkətlərin hamısı verdiyi açıqlamalarda İlham Əliyev böyük səs üstünlüyü ilə qalib gəldiyini bildiriblər.