Həmyerlimiz oktyabrın 15-də “Lider”də növbəti yarışmasına çıxacaq

0
23

Eltac Ibrahimov“Lider” telekanalında yayımlanan “Milli səs” yarışmasında Zərdab rayonunun təmsil edən gənc ifaçı Eltac İbrahimov oktyabrın 15-i, saat 20:30-da növbəti yarışmasına çıxacaq. Qeyd edək ki, sizlərin dəstəyi ilə həmyerlimiz kifayət qədər SMS toplayaraq ilk mərhələni keçə bilib. Eltac İbrahimov Zerdab.com saytına açıqlamasında həmyerlilərimizdən ona yarışmada dəstək göstərmələrini xahiş edib.

Bildirək ki, həmyerlimizə dəstək olmaq üçün bu dəfə “Azercell” nömrələrindən mesaj yerinə Eltac yazıb 1 səs üçün – 93108 nömrəsinə, 50 səs üçün – 93104 nömrəsinə, 100 səs üçün – 93105 nömrəsinə SMS göndərə bilərsiniz. Həmyerlimizə uğurlar arzulayırıq.

Zerdab.com