Zərdab rayonunda itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilir

0
23

Zərdab Elektrik Şəbəkəsi (EŞ) tərəfindən elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Şəbəkədən www.zerdab.com saytına verilən məlumata görə, elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısı vaxtında alınır və həmin istehlakçılar barəsində müvafiq tədbirlər görülür. Carı ilin birinci rübündə keçirilmiş reydlər zamanı Zərdab EŞ müəssisəsi üzrə 34 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar olunub. Zərdab EŞ müəssisəsi üzrə 112,3 min kilovat-saata yaxın itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilib.

www.zerdab.com