Zərdabda mağaza yandı

0
19

mağaza yanıbZərdab rayonunda yanğın hadisəsi qeydə alınıb. Zerdab.com saytı xəbər verir ki, yanğın rayonun Aşağı Seyidlər kəndində vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan qarışıq mallar mağazasında baş verib. Nəticədə mağazanın yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə yanıb. Yaxınlıqdakı tikili yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qeyd edək ki, Aşağı Seyidlər rayon mərkəzindən 21 km aralı yerləşir.

Zerdab.com