Zərdabdan Qarabağa yürüş olacaq

1

“Gənclər Şəbəkəsi Təşəbbüsü” İctimai Birliyi mayın 5-də Zərdab rayonundan Ağdamın Quzanlı kəndinə kimi gənclərin yürüş marafonunu təşkil edəcək. Birlikdən verilən məlumata görə, bu marafonla gənclərə Qarabağ sevgilərini göstərmək imkanı veriləcək. Kimliyindən asılı olmayaraq istənilən gənc bu marafona qatıla bilər. Marafonda iştirak edən gənclər təlimata uyğun olaraq piyada yürüşlə Quzanlıya qədər gedəcəklər. Qarabağ marafonu 3 gün ərzində başa çatacaq. Marafonun məqsədi Qarabağ probleminin zəruriliyini bütün dünyaya və xalqımıza çatdırmaqdır. Marafonda hər kəs iştirak edə bilər, sadəcə iştirak etmək istəyənlər əvvəlcədən qeydiyyatdan keçməlidirlər. Bununla əlaqədar aprelin 27-də Gəncliyə Yardım Fondunda mətbuatla görüş keçiriləcək.
Qeyd edək ki, “Gənclər Şəbəkəsi Təşəbbüsü” İctimai Birliyi 07 iyun 2002-ci ildə təsis edilib. 30 mart 2008-ci ildə isə Ədliyyə nazirliyi tərəfindən rəsmi qeydiyyata alınıb. “Gənclər Şəbəkəsi Təşəbbüsü” İctimai Birliyinin 8 regional kordinatoru və bütün Azərbaycanı əhatə edəcək 10 000 yerli, 41000 isə bütün dünya üzrə üzvü var.

www.zerdab.com

1 comment

Şərh yaz

Please enter your comment!
Please enter your name here

four × four =