Prezident İlham Əliyev and içdi

1
35

Inaqurasiya-Ilham ƏliyevOktyabrın 19-da Milli Məclisdə prezident İlham Əliyevin andiçmə mərasimi keçirilib. Zerdab.com saytı xəbər verir ki, mərasimdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları, siyasi partiyaların, ictimai təşkilatların, ölkə ictimaiyyətinin nümayəndələri, xarici ölkələrin səfirləri iştirak ediblər. Prezident İlham Əliyev əlini Azərbaycan Respublikasının Konstitusiyasının üzərinə qoyaraq belə and içib:

– Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!

Azərbaycan Respublikasının dövlət himni səslənib.

Sonra prezident “Qurani-Şərif”ə əl basaraq and içib:

– Əlimi “Qurani-Şərif”ə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam.

Prezident İlham Əliyev təzim edərək, Azərbaycanın dövlət bayrağını öpüb.

İlham Əliyev andiçmə mərasimində geniş nitq söyləyib.

 

1 comment

  1. ali bas komandanimiz cenab perzdentimiz Ilham Heyder oglu Aliyev yeniniden prezdent oldugunuz ucun tebrikler Biz buna emindik dogrusu sizin seckiye eytiyeciniz yoxdur cunki xalq sizi birinci defe omuruk secib xalq size arxalanib xalqin arxa dayagi ancaq sizsiniz

Comments are closed.