Bu ilin 9 ayında Zərdabda hansı işlər görülüb – HESABAT

0
31

Zerdab rayonuZərdab rayonunda 2013-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan yığıncaq keçirilib. Tədbirdə əvvəlcə videoçarx nümayiş etdirilib. Zerdab.com saytının məlumatına görə, hesabat məruzəsi ilə çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev məlumat verib ki, cari ilin yanvar-sentyabr aylarında rayon iqtisadiyyatının əsas sahələrində 80 milyon manatlığa qədər məhsul istehsal edilib. Həyata keçirilən tədbirlər nəticəsində 272 daimi iş yeri yaradılıb. 2013-cü ilin məhsulu üçün 5811 hektar sahədə arpa, 11323 hektar sahədə payızlıq buğda əkilib. Ümumilikdə Zərdabda 47 min 97 ton taxıl istehsal olunub ki, bu da əvvəlki ildən 8 min ton artıqdır. Hesabat dövründə Suvarma Sistemləri İdarəsinin həyətində mərkəzi regional ofis binası və 17 kənddə su birlikləri üçün inzibati binalar tikilib. 8 kənddə 434 km uzunluğunda suvarma kanalları lildən təmizlənib, 65 ədəd hidrotexniki qurğu, 20 ədəd nasos stansiyası əsaslı təmir olunub. Dövlət proqramı çərçivəsində bu ilin sentyabrında Çallı, İsaqbağı və Aşağı Seyidlər kəndlərində müasir məktəb binaları istifadəyə verilib. Körpükənd kənd tam orta məktəbi, 3 saylı şəhər və Böyük Dəkkə kənd körpələr evi-uşaq bağçaları əsaslı təmir olunub. Dövlət Proqramı çərçivəsində ilkin mərhələdə Respublika Səhiyyə Nazirliyinə ayrılan 1,5 milyon manat vəsait hesabına cari ilin avqust ayında Mərkəzi Rayon Xəstəxanasının binasının əsaslı təmirinə başlanılıb. Həsən Bəy Zərdabinin ev muzeyində təmir-bərpa və bədii tərtibat işləri başa çatdırılıb. “32 hektar” adlanan ərazidə salınmış yeni qəsəbəyə, Dəli Quşçu və Dəkkəoba kəndlərinə mavi yanacağın verilişi təmin olunub. Gəlmə, Salahlı, Hüseynxanlı və Xanməmmədli kəndlərinə qaz xəttinin çəkilişində sayğacların quraşdırılması işi aparılır. Pərvanlı, Yarməmmədbağı, Lələağacı, Gödəkqobu, Məmmədqasımlı və digər kəndlərə qaz xəttinin çəkilişi davam etdirilir. Hesabat dövründə Zərdab şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrası sürətlə aparılıb. 27942 metr şəhərdaxili su xətti çəkilib və 2250 ədəd smartkart tipli su sayğacları quraşdırılıb. 3 mindən çox ailənin ekoloji cəhətdən təmiz, içməli sudan istifadə etməsi təmin olunub. Zərdab-Yuxarı Seyidlər-Siləyli, Zərdab-Mollakənd avtomobil yollarının yenidən qurulması davam edir. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rayon aqroservis filialı üçün inzibati bina, taxıl və gübrə anbarı, Baytarlıq İdarəsinin binası istifadəyə tam hazırdır. Hesabat dövründə Rayon İcra Hakimiyyətinin Başçısı 33 kənddə səyyar qəbul keçirib. Görüşlərdə 3000-dən çox vətəndaş iştirak edib, 182 təklif və müraciət dinlənilib ki, onların da əksəriyyəti müsbət həllini tapıb.

Hesabat yığıncağında ayrı-ayrı sahələr üzrə görülən işlər barədə məlumatlar dinlənilib. Qarşıda duran vəzifələr ətraflı müzakirə olunub. Sonda müvafiq qərar qəbul edilərək ölkə Prezidentinə müraciət qəbul olunub.

Zerdab rayonuZerdab rayonu Zerdab rayonu5Zerdab rayonu