İşlədiyimiz hər günahdan könül aynamıza qara xal düşər

0
33

QARA XALİşlədiyimiz hər günahdan könül aynamıza qara bir xal düşər.

Əgər tövbə edib Allahdan əfv diləsək, o qara xal silinər, həm də o xalla birlikdə bütün ayna tərtəmiz hala gələr. Tövbə etməsək, hər qara nöqtə növbəti qara nöqtənin dəvətçisi olar və o nöqtələr o qədər çoxalar, o qədər sıxlaşar ki, bir gün ayna işığı, nuru əks etdirməz hala gələr. Qəlbi möhürlənmək də elə budur, tövbəsizlik, halal-haram demədən hər günaha girmək, zülmdən çəkinməmək…

Vicdan dediyin bir qüvvə səni daim narahat edir ki, könül aynasını təmizləyəsən. Əgər sən vicdanın səsinə qulaq vermirsənsə, o da həmin qara nöqtələrin altında qalıb zəifləyir, inləyir və bir müddətdən sonra sən onu da eşitməz olursan.

Mənbə: ZAMAN