İnsan ömür boyu vaxtının ancaq 60 faizindən istifadə edir

0
Vaxta qenaet

Vaxta qenaetVaxt gözləmir

İnsan vaxtının ancaq 60 faizindən istifadə edir. Qalan 40 faizi isə onun iradəsindən kənarda baş verən hadisələrə “sərf olunur”. Bu rəqəmi 100 faizə çatdırmaq isə demək olar ki, qeyri-mümkündür. Ancaq buna baxmayaraq, insan müəyyən üsullarla vaxt itkisinin qarşısını ala bilər…

Nədən başlamalı?..

Hesablamalar göstərir ki, insan vaxtının ancaq 60 faizindən istifadə edir. Qalan 40 faizi isə onun iradəsindən kənarda baş verən hadisələrə “sərf olunur”. Bu rəqəmi 100 faizə çatdırmaq isə demək olar ki, qeyri-mümkündür. Ancaq buna baxmayaraq, insan müəyyən üsullarla vaxt itkisinin qarşısını ala bilər. Bəs bu üsullar hansılardır? Elə isə bu barədə daha ətraflı:

* Vaxtınızı hansı işlərə sərf etdiyinizi müəyyənləşdirin.

* Bir ay ərzində hər gün hər yarım saatdan bir gördüyünüz işləri qeyd edin.

* İllik, aylıq, həftəlik və hətta gündəlik iş planı tutun.

* İşlərinizi əhəmiyyətinə görə “növbələşdirin”.

* Diqqətinizi daha vacib işlərə istiqamətləndirin.

* Eyni vaxtda bir işlə məşğul olun.

* Başladığınız işi başa çatdırın.

* Psixoloji cəhətdən hazır olun.

* “Çətinlik çəkirəm”, “köməyə ehtiyacım var” və s. kimi sözlərdən çəkinməyin.

 

Vaxta qənaət etmək üçün…

* Yuxudan tez qalxın.

* Gündəlik geyiminizi və çantanızı axşamdan hazırlayın.

* Gününüzü xoş əhvali-ruhiyyə ilə başlayın.

* Sağlamlığınızı qoruyun. Səhhətinizlə bağlı bir problem varsa, aradan qaldırmağa çalışın.

* Özünüzə vaxt ayırın.

* Qətiyyətli olun.

* Məqsədinizə nail olmaq üçün ən qısa yolu seçin. Lazım gəldikdə alternativ yollardan istifadə edin.

* Qeydlər aparın.

* Əgər rəhbər işdəsinizsə, xırdalıqlara getməyin.

* Özünüz üçün ən optimal iş şəraiti qurun.

* Mütləq gündəlikdən istifadə edin.

* Yolda düşünməyə adət edin.

* Sürətli və səmərəli oxumağı öyrənin.

* Potensialınızı artırmaq üçün bütün vasitələrdən istifadə edin.

* Yeni şeylər öyrənməyə çalışın.

* “Çağırılmamış qonaqlar”ın vaxtınızı almasına imkan verməyin.

* Sizin də səhv etmək hüququnuz olduğunu unutmayın. Ancaq keçmişdə etdiyiniz səhvləri də təkrar etməyin…

 

Mənbə: “Ailəm” jurnalı.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

seventeen − 9 =