Prezident İlham Əliyev: “Zərdabın inkişafına böyük diqqət göstərilir”

0
19

Prezident ZərdabdaMemarı və qurucusu ulu öndər Heydər Əliyev olan müstəqil Azərbaycanın bütün rayonları kimi, Zərdab rayonu da inkişaf edir. Bu inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti təmin edir. Dövlət başçısının diqqət və qayğısı sayəsində Zərdab rayonu son illər inkişaf edir. Son 10 ildə Prezident İlham Əliyev Zərdaba 3 dəfə səfər edib, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 5 sərəncam imzalayıb.

Prezident ZərdabdaAzərbaycan respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində Zərdab rayonu üzrə nəzərdə tutulan tədbirlər yerinə yetirilir və əsas makroiqtisadi göstəricilərdə artım
əldə edilib. Zerdab.com saytı son 10 il ərzində rayonumuzda görülmüş işləri konkret statistikalarla təqdim edir.

Prezident Zərdabda

•Ümumi məhsul istehsalı 2,1 dəfə, kənd təsərrüfatı istehsalı 17,2%, pərakəndə ticarət dövriyyəsi 2,1 dəfə, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 4,4 dəfə, iaşə dövriyyəsinin həcmi 4,9 dəfə artmışdır.
•Sahibkarlıq subyektlərinin sayı 2,3 dəfə, o cümlədən fərdi sahibkarların sayı 2,5 dəfə çoxalmışdır.
•Orta aylıq əməkhaqqı 7,3 dəfə, pensiyaların orta məbləği 6,1 dəfə yüksəlmişdir.

Prezident Zərdabda

•4483-ü daimi olmaqla 6875 yeni iş yeri açılmışdır.
•Sahibkarlığa Kömək Milli Fondu və Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən 85 sahibkara 1,1 milyon manat məbləğində güzəştli kredit verilmişdir.
•Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən 10,1 milyon manat məbləğində yardım edilmişdir.

Prezident Zərdabda•Mənzil fondunun ümumi sahəsi 18,4% artmışdır. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 48 mənzildən ibarət 2 yaşayış binası və 14 fərdi mənzil inşa edilmişdir. Ümumi sahəsi 41,2 min kvadratmetr olan fərdi evlər tikilmişdir.
•Su, qaz və kanalizasiya sistemi ilə təchiz edilmiş yaşayış sahələri müvafiq olaraq 22,6, 12,2 və 10,1 % artmışdır.

Prezident Zərdabda

•ATS-lərin sayı 11,1%, ümumi nömrə tutumu 1,5 dəfə çoxalmışdır.

•İnternet istifadəçilərinin sayı 7,2 dəfə, internetə çıxışı olan evlərin sayı 5,2 dəfə, komp-yuter istifadəçilərinin sayı 5,4 dəfə, mobil telefon abunəçilərinin sayı 19,6 dəfə artmışdır.

Zərdab

Azərbaycan respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Zərdab rayonunda yeni məktəb
binaları tikilmiş və əsaslı təmir edilmişdir.

•Son 10 ildə 2508 şagird yerlik 14 məktəb, o cümlədən Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 280 şagird yerlik 2 məktəb binası tikilmişdir.
• 600 şagird yerlik 1 məktəb binası əsaslı təmir olunmuşdur.
•660 şagird yerlik 3 məktəb binası tikilib.
•Dövlət  Proqramına  müvafiq  olaraq  5 məktəbdə 676 şagird yerlik 32 əlavə sinif otağı tikilmişdir.

Zerdab.com