Həmyerlimiz Məzahir Məzhərin yeni kitabı işıq üzü görüb

0
MəMəzahir Məzhər (Qarayev)ahir Qarayev
Məzahir Məzhər (Qarayev)

Həmyerlimiz Məzahir Məzhərin (Qarayev) “Uşaqların ağlı, Böyüklərin nağılı” adlı (məntiqi şeirlər və təmsillər) kitabı çapdan çıxıb. Məlumat üçün bildirək ki, Məzahir Məzhər (Qarayev) Zərdab rayonunun Qoruqbağı kəndində anadan olub. Hələ orta məktəbdə oxuyarkən ədəbiyyata, şeirə xüsusi maraq göstərib. Bu maraq onu qısa təmsillər və şeirlər yazmağa həvəsləndirib. Şair 70-ci illərin əvvəllərindən Zərdab rayonunda çıxan “Pambıqçı” qəzetində dərc olunmağa başlayıb. Sonralar “Mingəçevir işıqları”, “Abşeron”, “Qabaqcıl texnika uğrunda” qəzetlərində təmsilləri dərc edilib. Məzahir Məzhər (Qarayev) Zerdab.com saytına açıqlamasında deyib ki, həyatda rast gəldiyi neqativ halları təmsillərində canlandırmağı çox sevir və bunu özünə borc bilir. O, şeir və təmsillərindən bəzilərini Zerdab.com saytına təqdim edib. Biz də öz növbəmizdə həmyerlimizə uğurlar arzulayırıq.

***

Tural və Gültac

 Tural bir gün Gültaca

Pıçıldadı astadan.

Dedi: – dünən bir xəbər

Eşitmişəm anamdan,

Deyir sizi Tanrıdan

Mənə leylək gətirib.

Gültac dedi: – Doğrudan?..

Gəl axtaraq leyləyi

Bəlkə bizi itirib…

***

Yetişmiş nar

 Nar yetişdi budaqda,

Qızarıb parıldadı.

Görəndə ki, dərilmir,

Acığından partladı.

***

Fərq

 Dağlar üçün nə fərqi,

Daşı ağlı, qaralı.

Məzarlıqda fərqə bax,

Burda daşla seçilir,

Kim kasıbdı, kim varlı.

***

Kirkirə dünya

 Dünya böyük kirkirədi,

Altı yerdi, üstü göydü.

Kim deyir ki, fırladanı

İndiyəcək kimsə gördü…

***

Ərizəbaz

 Ərzəbaza dedilər

– Sənin əlindən anan

Artıq batıbdır yasa.

Dedi: – deyə bilmərəm

Əlimdə fakt olmasa.

***

Tülkünün yalanı

 Tülkü bir gün Pələngin

Artıq ovundan yedi.

Söz düşəndə Pələnglə

Çörək kəsmişəm dedi.

***

Milçəyin bəhanəsi

 Milçək üçün həmişə,

Ləzzət verirdi şirə,

Yapışıb qopmayanda

Dedi: düşmüşəm şərə.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

seventeen + 16 =