Zərdabda qadın hüquqları ilə bağlı təlim keçirildi – Fotolar

0

Zərdab Uşaq və Ailələrə Dəstək MərkəziZərdab Uşaq və Ailələrə Dəstək Mərkəzində “ Qadın hüquqları “ adlı təlim keçirilib. Zerdab.com saytına verilən xəbərə görə, tədbirdə bildirilib ki, dünyada insan hüquqları, onların müdafiəsi, xüsusilə qadın hüquqları ilə bağlı aparılan tədbirlər bu gün önəmli yerlərdən birini tutur. Azərbaycanda da bu istiqamətdə, xüsusilə qadınların hüquqlarının müdafiəsi istiqamətində intensiv işlər görülür.

Təlimdə vurğulanıb ki, ölkəmiz 1992-ci il avqustun 4-də “Qadınların siyasi hüquqları haqqında” 1952-ci il BMT Konvensiyasına, 1995-ci il iyunun 30-da “Qadınlara qarşı ayrı – seçkiliyin bütün formalarının ləğv olunması haqqında” 1979-cu il tarixli BMT Konvensiyasına, 1996-cı il mayın 31-də “Nikaha daxil olma, nikaha daxil olmaq üçün minimal yaş həddi, nikahların qeydə alınması haqqında” 1962-ci il tarixli BMT Konvensiyasına, 2001-ci ildə BMT-nin Qadınlar üçün İnkişaf Fondunun “Zorakılıqsız Həyat” Regional Məlumatlandırma Kampaniyasına, 2001-2002–ci illərdə “Qafqazda gender zorakılığına qarşı 16 günlük fəaliyyət” aksiyasına qoşulub.

Təlimçi, Mərkəzin psixoloqu Jalə Məmmədzadə qadın hüquqlarının  pozulmasından, qadınların cəmiyyətimizdə aparıcı mövqe tutmasından, məişət zorakılığından, erkən nigahdan, qadın  alverindən və s. kimi qadın hüquqlarının tapdalanmasından söz açıb.

“Əks cinsin nümayəndələri kimi qadınların da öz hüquqları var və qadın hüquqları toxunulmazdır. Kişilər kimi qadınların təhsil, səhiyyə, əmək, sosial və s. bu kimi hüquqları  var. Təbii ki, qadın hüquqlarının toxunulmazlığına hər kəs riayət etməlidir”,-deyə Jalə Məmmədzadə qeyd edib.

Təlimin sonunda iştirakçılara təlim materialı paylanılıb, təlimlə bağlı qiymətləndirilmə aparılıb.

Zərdab Uşaq və Ailələrə Dəstək MərkəziZərdab Uşaq və Ailələrə Dəstək MərkəziZərdab Uşaq və Ailələrə Dəstək MərkəziZərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi

Şərh yaz

Please enter your comment!
Please enter your name here

eighteen + 9 =