Zərdabda hərəkətdə olan maşının alışması həyəcana səbəb oldu

0

AvtomobilZərdab rayonunda yol-nəqliyyat hadisəsi baş verib.  Zerdab.com saytı AzNews.az-a istinadən xəbər verir ki, Zərdab rayon ərazisində “Qaz 31-10” markalı maşın alışaraq yanmağa başlayıb. Hərəkətdə olan maşının alışması həyəcana səbəb olub. Sürücü maşından çıxmaq üçün fürsət tapsa da, avtomobilin yanmasının qarşısını almaq mümkün olmayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zərdab rayon Yanğından Mühafizə xidmətinin əməkdaşları cəlb edilib. Maşını yalnız bundan sonra söndürmək mümkün olub. Hadisənin səbəbi məlum deyil. Xəsarət alan yoxdur.