Yeni region saytı fəaliyyətə başladı: Qubatv.com

0
29

Qubatv.comÖlkəmizdə fəaliyyət göstərən peşəkar saytların sırasına daha biri əlavə olunub.   Lakin bu saytın digərlərindən fərqi ondan ibarətdir ki, Azərbaycanın şimal bölgəsinin ən böyük və qədim rayonlarından biri olan Quba rayonunu təmsil edir. Qubatv.com-da Quba və digər şimal bölgəsinə daxil olan rayonlara aid olan xəbərlər, məqalələr yerləşdiriləcək. Qubatv.com-u digər saytlardan fərqləndirən bir cəhət də var. Belə ki, burada xəbərlər yazılı olmaqla yanaşı, həm də görüntülü olacaq, yəni videolar da yayımlanacaq. Saytda Qubanın tanınmış elm adamlarından, incəsənət xadimlərindən, mədəniyyət, iqtisadiyyat, idman, təhsil, səhiyyə və digər sosial sahələrdə çalışan şəxslərindən müsahibələr, rayonda görülən işlərlə bağlı reportajlar, keçirilən tədbirlərlə bağlı xəbərlər yayımlanacaq. Saytda şimal bölgəsinin tarixi, burada yaşayan millətlərin adət-ənənələri, onların sülh və qardaşlıq şəraitində yaşamalarını əhatə edən maraqlı yazılar da yer alacaq. İnanırıq ki, sayt qısa zaman ərzində qarşıya qoyduğu bütün hədəflərə çata biləcək.