Zərdab-Mollakənd yolunun Zərdaba aid hissəsində işlər başa çatdı

0

Zərdab-Mollakənd yoluAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncam və tapşırıqları ilə Zərdab rayonunda avtomobil yolları yenidən qurulur. Zerdab.com saytının məlumatına görə, Zərdab-Mollakənd avtomobil yolunun Zərdab rayonunun ərazisinə aid olan 26 kilometrlik hissəsinin tikintisinə 2010-cu ildə başlanmışdı. Cari ildə yolun Zərdaba aid hissəsində tikinti işləri tam başa çatdırılıb.

Məlumat üçün bildirək ki, Zərdab-Mollakənd yolu 20 min nəfərdən çox əhalinin yaşadığı 16 kəndi əhatə edir və ümumi uzunluğu 43 kilometrdir. Yolun digər rayonun ərazisinə düşən hissəsində təmir işləri davam etdirilir. Yol tam istifadəyə verildikdən sonra Zərdab rayonu ilə Bakı şəhəri arasındakı məsafə təqribən 50 kilometrə qədər azalmış olacaq.

Qeyd edək ki, bu yolun təmiri işlərini Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev şəxsən nəzarətində saxlayırdı. Yolun rayonumuza aid olan hissəsində işlərin yekunlaşması da elə bunun bariz nümunəsidir. Əməyi keçən hər kəsə təşəkkürümüzü bildiririk.

Sonda onu da əlavə edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 19 iyun tarixli Sərəncamına əsasən 9 min nəfər əhalinin yaşadığı 8 məntəqəni birləşdirən 47 kilometr uzunluğunda Zərdab-Yuxarı Seyidlər-Siləyli  avtomobil yolu da əsaslı təmir olunur. Yolun 11 kilometrlik hissəsi təmir olunub, qalan hissəsində işlər davam etdirilir.

Zerdab.com

Şərh yaz

Please enter your comment!
Please enter your name here

seven + 18 =