Nəfsimiz qoymur, dünya sevdası qoymur…

0

NƏFİSKim deyibsə, yaxşı deyib ki, dünya sevgisi üstü şirnili zəhər kimidir, əvvəl damağına xoş gəlir, sonra öldürür. Yadıma maraqlı bir söhbət düşdü: Cəngəlliklərdə yaşayan bəzi Afrika qəbilələrində meymunu tutmaq üçün qəribə üsuldan istifadə edirlər: Meymunların keçdiyi yollara içinə fındıq doldurulmuş boğazıdar küplər qoyurdular.

Meymun küpü görən kimi o tərəf-bu tərəfinə keçir və əlini küpün içinə soxur. Əli toxunan kimi meymun küpdə fındıq olduğunu qanır və ovcunu doldurub çıxarmaq istəyir. Boş əlin zorla girdiyi boğazdan fındıq dolu ovuc necə çıxacaq axı? Meymun nə fındığı buraxa bilir, nə də qolunu küpdən azad etməyi bacarır. Bir tullanır, iki tullanır, küp qarışıq yerdə yumalanır və bir də görür ki, ovçuların torunun altındadır. Bəzən elə olur ki, meymun ovçuları iki-üç ovuc fındıqla ona yaxın meymun tuturlar. Meymun çox şeylər anlayır və hətta Darvinin dediyinə görə, otaqdakı qutuları üst-üstə qoyub tavandan asılmış bananı da qopara bilir. Amma canını küpdən qurtarmaq üçün ovcundakı fındıqdan vaz keçmək meymunun olmayan ağlına da gəlmir.

Hərəmizin əli bir fındıq küpünə qandallanıb. Hərəmiz bir fındıq küpünə sarılıb qalmışıq. Ağlımız kəssə də gözümüz görsə də, arxamızca gələn ovçunun hənirini hiss eləsək də ovcumuzu boşaldıb canımızı qurtara bilmirik. Nəfsimiz qoymur, dünya sevdası qoymur, faniyə bağladığımız duyğular qoymur.

Mənbə: ZAMAN QƏZETİ.

https://www.youtube.com/watch?v=xOt3F5mZ0T8#t=62