Zərdabda ana və uşağı doğuş vaxtı ölüb

5

Zərdab rayonunda ana və uşağı doğuş zamanı dünyasını dəyişib. Hadisə aprelin 21-də səhər saatlarında qeydə alınıb.
Rayonun Təzəkənd kənd sakini 1979-cu il təvəllüdlü Vüsalə Cümşüd qızı Bəkirova saat 06:00 radələrində xəstəxanaya gətirilib. Saat 09:00-da ana övladını dünyaya ölü gətirib. Vüsalə Bəkirova isə bir saat sonra Ucar rayon Mərkəzi Xəstəxanasına aparılsa da, saat 15:05 radələrində orada dünyasını dəyişib. Ana və övladının ölməsinin səbəbi hələ məlum deyil. Verilən məlumata görə, ölən uşaq ailənin üçüncü övladı olacaqdı. Faktla bağlı araşdırma aparılır.

5 ŞƏRH

  1. ——————————————–
    Yaxshi hekimler ver onlkara maash verimlmir ki yaziglar urekle ishlesinler.

  2. —————————————- Bizim chox savadli cavanalarimiz var, eger goca qurdlar onlara imkan verse.

  3. zerdabda savadli hekimlerden cox savadsiz hekimler daha coxdur.men ozum bunun sahidi olmusam.

  4. bu menim bacim olub.hekimlerin savadsizligi uzunden bacim dunyasin deyisdi.2 usaqi anasiz qaldi.bizde boynu bukuk.hekimlerde oz keflerinde.

Comments are closed.