Bir MÜƏLLİM köçdü dünyadan…

1

kitabGözəl insan, əsl müəllim, uzun müddət Zərdab şəhər 1 saylı orta məktəbdə Azərbaycan dili və Ədəbiyyatı fənlərini tədris etmiş müəllim və tərbiyə işləri üzrə direktor müavini işləmiş İsayev Məlikmahmud Süleyman oğlu 85 yaşında vəfat edib.

Mərhum 11 noyabr 2013-cü il tarixdə Gəlmə kənd qəbirsanlığında torpağa tapşırılıb.

Mərhumun dəfn mərasimində rayon ictimaiyyəti, Bakı şəhərindən və respublikamızın digər rayonlarından gələn ziyalılarla yanaşı, uzun müddət işlədiyi Həsən Bəy Zərdabi adına Zərdab şəhər 1 saylı məktəb-liseyin pedoqoji kollektivi də yaxından iştirak edib. Dəfn mərasimində Qurani-Kərim oxunub və şəhər 1 saylı məktəb-liseyin direktoru Tofiq Ağayev cıxış edib. Tofiq müəllim mərhum haqqında xoş sözlər söyləyib və yaxınlarına başsağlığı verib. ALLAH RƏHMƏT ELƏSİN!

gdib.org

1 comment

Comments are closed.