Zərdabda idarəetməni itirən sürücü piyadanı vurub

0
18

Zərdab rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. www.zerdab.com saytının APA-ya istinadən verdiyi məlumata görə, hadisə aprelin 21-də rayonun Heydər Əliyev prospektində baş verib. Belə ki, Ramin Məmmədov idarə etdiyi “VAZ-2106” markalı avtomaşınla yol kənarında təmir işləri aparan piyada Qasım Qasımovu vurub. Yaralı təcili olaraq Zərdab rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Zərdab rayon Prokurorluğunda araşdırma aparılır.