Qardaşı nəvəsi Həsən bəy Zərdabi nəslinin üzləşdiyi müsibətləri açıqladı

12
45
Həmdullah bəy Səlimovun qızı Sara
Həsən bəy Zərdabinin qardaşı oğlu Həmdullah bəy Səlimovun qızı Sara (Rüxsarə) xanım redaksiyamızın qonağı oldu

12 NOYABR HƏSƏN BƏY ZƏRDABİNİN DOĞUM GÜNÜDÜR

Adətən, noyabrda Zərdabini daha çox xatırlayır, dahi həmyerlimizin xalq yolundakı misilsiz və əvəzsiz xidmətlərini ehtiramla yad edirik. Çünki bu böyük azərbaycanlının həm doğum, həm də vəfat tarixi noyabra təsadüf edir. Bu ərəfədə Zərdabinin irsini yenidən vərəqləməklə yanaşı, bu böyük şəxsiyyətin həqiqi qohumları ilə də söhbət edir, xatirələrini dinləyirik.

Həsən bəy Zərdabinin qardaşı oğlu Həmdullah bəy Səlimovun qızı Sara (Rüxsarə) xanım da belə bir niyyətlə redaksiyamızın qonağı oldu. Sara xanımla Zərdabi ilə bağlı söhbətlərimiz illərlədir ki, davam edir. Atası Həmdullah bəydən eşitdiklərini, məhz Həsən bəy Zərdabi nəslindən olduqları üçün çəkdiyi əziyyətləri yaddaşlarda əbədiləşdirmək üçün Sara xanım yenidən “Əkinçi”yə üz tutdu və söhbətini qələmə almağımızı xahiş etdi. O dedi:

– Atam XX əsrin əvvəllərində Kür sahilindəki Dolanbaba deyilən yerdə binə tikib, ailəsini dolandırırmış. Mal-qara bəsləməklə məşğul olan atama bir gün xəbər gəlir ki, Novosibirə sürgün olunursunuz. Həmin vaxtlar atamın 4 uşağı varmış: Bahar, Rüxsarə, Əli və Sabir. Bu uşaqlar da daxil olmaqla, atamın anası Xanım və həyat yoldaşı Nişafərim və özü sürgünə göndəriliblər. Atamın Rüxsarə adlı qızı nişanlı imiş və nişanlısı nə qədər israr etsə də, atam Rüxsarəni də özləri ilə aparıb.

Ailə Novosibirin şaxtasına dözə bilməyib. 7 nəfər ailə üzvündən 6-sı orada vəfat edib.

Atamın sürgün yerini Daşkəndə dəyişiblər və o Daşkəndə tək gedib. Həmdullah bəyin əmisi qızı Lütviyyə xanımın məsləhəti ilə atam Daşkənddə mənim anamla evlənib və mən, 1941-ci ildə Daşkənddə doğulmuşam. Anamın Həmdullah bəydən 4 uşağı olmuşdu: Məhəmmədəli, Sura, Sabir, bir də mən. Artıq onların üçü həyatda yoxdurlar, mən tək qalmışam.

Bu yaxınlarda isə başıma başqa bir müsibət gəldi. Bakı şəhərində yaşayan  oğlumun balası–nəvəm Samir dənizdə batdı. 23 yaşlı Samir əsgərliyini Murovda etmişdi. Xidmətdə olduğu müddətdə qorxurduq ki, Samirə erməni gülləsi dəyər. Amma… o, dənizdə boğuldu. 2 gündən sonra meyiti tapılıb çıxarıldı və Zərdaba gətirilərək, Gəlmə qəbristanlığında—babası Həmdullah bəyin yanında dəfn olundu…

Samir
Dənizdə boğulan Samirin cəsədi Zərdaba gətirilərək, Gəlmə qəbristanlığında—babası Həmdullah bəyin yanında dəfn olunub. Allah rəhmət eləsin.

Bu yerdə Sara xanımı qəhər boğdu. Zərdabi nəslindən olduğu üçün çəkdiyi zülmlər, bir də gənc nəvəsinin itkisi onu yaman kövrəltmişdi.

Sara xanım, bu ağır itkiyə görə sizə səbr, nəvənizə isə Allahdan rəhmət diləyirik! Qoy bundan belə Zərdabi ocağından ancaq xoş xəbərlər eşidək!

Tərlan ABDULLAYEVA, “Əkinçi”nin müxbiri.

12 ŞƏRH

  1. Sara xanım , bu böyük itkiyə görə Böyük Yaradandan Sizə səbr diləyir və təkrar :” BAŞINIZ SAĞ OLSUN!” deyirəm .

  2. MATERİALI OXUDUM COX TƏSİRLƏNDİM, ALLAH BİRDƏ ZƏRDABİ OCAĞINA VƏ ÜMUMİYYƏTLƏ HEÇ BİR KİMSƏYƏ BELƏ BİR MÜSİBƏT GÖSTƏRMƏSİN. ALLAH RƏHMƏT ELƏSİN! QƏBRİ NURLA DOLSUN! AMİN!

  3. TƏRLAN XANIMIN BÜTÜN MƏQALƏLƏRİNİ BÖYÜK SEVGİYLƏ OXUYURUQ

  4. TƏRLAN XANIM SİZİN MƏQALƏLƏRİNİZİ İZLƏYİR VƏ COX MARAQLA OXUYURAM

  5. Çox hörmətli xanımlar , əzizlərim Tamilla və Gülxanım , bu qeydlərinizi oxuyarkən bir müəllifin keçirə biləcəyi ən gözəl duyğuları yaşadım. Diqqətinizə görə son dərəcə minnətdaram Allah Sizlərdən razı olsun !

  6. Rehmete geden menim qardasimdi !!Allah haminizda razi olsun dogudanda Zerdabi neslinde boyuk itki bas verdi!!

  7. Əziz qardaşım Elşən , sənə və valideynlərinə bu böyük itkiyə görə dərin hüznlə başsağlığı verir , Böyük Yaradandan sizə səbr diləyirəm.

  8. Dozmek Olmur!!Alinmir Qardassiz Hecne Mende Cox Cetindi Yasamaq Olmur!~

  9. olende menim qardasim oludu Allah rehmet etsin ona yeri nurla dolsun helede gozumuzun yasi qurumur niye bele oldu axi ancaq deniz sebeb oldu

  10. Allah razi olsun haminizda cox sagolun ki bu derdi menimle bolusursunuz heyat davam edir yenede minnetdarligimi bildirirem ..!!

Comments are closed.