Millət vəkilimiz kasıblar üçün sosial mənzillər tikilməsini təklif edir

0
20
Jalə ƏliyevaAzərbaycanda əhalinin aztəminatlı hissəsinin mənzil problemini həll etmək üçün sosial mənzillər tikilməlidir. Zerdab.com APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisdə 2014-cü il üçün büdcə zərfinnin müzakirəsi zamanı millət vəkili Jalə Əliyeva təklif edib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda internatlar və uşaq evlərindən məzun olan gənclər sonradan ev problemi ilə üzləşirlər: «Bu qəbildən olan insanların normal vətəndaş kimi yaşaması üçün hökumət bu problemi həll etməlidir».