Mingəçevir şəhərinin www.mingecevir.org saytı fəaliyyətə başlayır

1
103

MingəçevirBu günlərdə 65 illik yubileyi təmtəraqlı şəkildə qeyd olunan Mingəçevir şəhərinin www.mingecevir.org saytı oxucuların istifadəsinə verilib. Hazırda ölkəmizin ən sürətli inkişaf edən və abad şəhərlərindən biri olan Mingəçeviri təmsil edən yeni saytın istifadəyə verilməsi bir neçə cəhətdən əhəmiyyətlidir. Birincisi, insanlar bu sayt vasitəsilə Mingəçevirdə görülən işləri daha yaxından izləyə biləcəklər. İkincisi, saytın, internetin üstünlüyü ondadır ki, istənilən insan, dünyanın hansı şəhərində olursa-olsun eyni vaxtda istədiyi sayta daxil olub axtardığı informasiyanı əldə edə bilir. Bu mənada, www.mingecevir.org Mingəçevirdən kənarda, ölkəmizin digər bölgələrində, respublikamızdan kənarda yaşayan istənilən insanın seçdiyi ünvan olacaq. Saytda Mingəçevirin qədim tarixi və bu günü barədə maraqlı yazılar, görülən işlər barədə zəngin informasiyalar yayımlanacaq. www.mingecevir.org-da şəhərin tanınmış insanları, təhsil, səhiyyə, idman, mədəniyyət və incəsənət sahəsində həyata keçirilən tədbirlər, bu işlərdə xidmətləri olan ziyalılar barədə məlumatlar yayımlanacaq. www.mingecevir.org saytında burada yaşayan əhalinin adət-ənənəsi, şəhərin mətbəxi barədə zəngin informasiyalar yayımlanacaq. Saytda xəbərlər həm yazılı, həm də video şəklində yayımlanacaq.

1 comment

Comments are closed.