Tanınmış jurnalist, gözəl insan – həmyerlimiz Ürfan Məmmədli

2
51

Ürfan MəmmədliMəmmədli Ürfan Məlik oğlu 1959-cu ilin yanvarın 25-də Aşağı Seyidlər kəndində anadan olub. 8 illik təhsilini həmin kənd məktəbində, orta təhsilini Şəftəxal (indi Şəftəhal yazılır-red.)  kənd məktəbində alıb.

1976-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub, 1981-ci ildə ildə ali təhsilini bitirərək inşaatçı-mühəndis kimi Azərbaycan SSR Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Elmi-Tədqiqat Labaoratoriyasında (Elm-İstehsalat Mərkəzində) əmək fəaliyyətinə başlayıb. Burada mühəndis, böyük mühəndis, sektor müdiri və şöbə müdiri vəzifələrində çalışıb.

1981 (oktyabr) – 1983 (may) illərdə SSRİ silahlı qüvvələri sıralarında hərbi xidmətdə olub. Hərbi xidmətin sonunda zabitlik kursunu keçib və leytenant rütbəsi alıb.

Orta məktəb illərində Zərdabda çıxan “Pambıqçı” qəzetində məqalələri dərc olunub.

1992-ci ildə “Zaman-Azərbaycan” qəzetinə dəvət olunub və texniki vasitələrə nəzarət üzrə mühəndis təyin edilib. Mühəndis kimi işləyərkən qəzetdə məqalələri də çap olunub.

1993-cü ildə Türkiyənin İstanbul şəhərində jurnalistika üzrə kurs keçib.

1993-1998-ci illərdə “Zaman-Azərbaycan” qəzetində dizayner, müxbir, texniki şöbənin müdiri, məktublar şöbəsinin müdiri və idman şöbəsinin müdiri vəzifələrində işləyib.

1998-ci ildə həmin qəzetin məsul katibi, 1999-cu ildə redaktoru və daha sonra isə baş redaktoru təyin olunub.

2003-cü ildən həm də “Çempion” idman qəzetində baş redaktor kimi fəaliyyət göstərməyə başlayıb.

2013-cü ilin sentyabrından “Zaman-Azər” Məhdud Məsuliyyətli Cəmiyyətdə nəşrlər üzrə baş koordinatordur.

Ailəlidir, 2 qızı, 1 nəvəsi var.

Zerdab.com saytı olaraq həmyerlimizə uzun ömür, cansağlığı, xoşbəxtlik və yeni-yeni uğurlar arzulayırıq.

2 ŞƏRH

  1. Allah canini saq elesin, Urfan muellim! Sizin zehmetiniz ve xidmetleriniz her birimiz uchun qururvericidir.
    Mene ilk defe telebe dostum Abdulla M. danishdi senin barende, teqriben 7-8 il qabaq. Dedi ki, Urfan muellim fexr edilmeli oqlandir.
    Sonralar biz seninle shexsen gorushub tanish olanda Abdullanin dediklerinin doqru olduqunu bir daha yaqin etdim. Qardash, biz senin kimi oqullarla fexr edirik. Allah her zaman komeyiniz olsun! Nicat beye de minnetdariq ki, elimizin senin kimi ovladlari ile bizleri yaxindan tanish edir.
    Her ikinizin cani salamat, gozleri nurlu, qelemi iti, sozu keserli, cibleri dolu olsun ki, milletimize, xalqimiza hele chox-chox uzun iller sherefle, temennasiz xidmet edesiniz!

  2. Urfan muallim faxrimizdir.Zardabda idmanin inkisaf etmasinda komakliklar etmayinizi xais ediram.rayonumuzdan taninmis saxslar az oldugundan sizin kimi,ziyalilarin uzarina boyuk yuk dusur.oz pesanizin cempionu olmagi siza arzulayiram.

Comments are closed.