Yevlaxın yeni saytı olacaq – Yevlax.org

0
32

Yevlax.orgÖlkəmizdə fəaliyyət göstərən peşəkar saytların sırasına Yevlax rayonunun da saytı əlavə olunub. Yevlax.org saytında Yevlax və ətraf rayonlara aid xəbərlər, məqalələr yayımlanacaq.

Yevlax.org saytında xəbərlər yazılı olmaqla yanaşı, həm də görüntülü olacaq, yəni videolar da yayımlanacaq. Saytda Yevlaxın tanınmış elm adamlarından, incəsənət xadimlərindən, mədəniyyət, iqtisadiyyat, idman, təhsil, səhiyyə və digər sosial sahələrdə çalışan şəxslərindən müsahibələr, rayonda görülən işlərlə bağlı reportajlar, keçirilən tədbirlərlə bağlı xəbərlər yayımlanacaq. Yevlaxın tarixi, burada yaşayan əhalinin adət-ənənəsi barədə də Yevlax.org saytında maraqlı yazılar yer alacaq. Müasir Yevlaxı Yevlax.org saytından izləyin. İnanırıq ki, sayt qısa zaman ərzində qarşıya qoyduğu bütün hədəflərə çata biləcək.